Bir müddət əvvəl MS ilə döyüşdüyünü açıqlayan türk musiqisinin güclü səsi Nükhet Duru indi fərqli sağlamlıq problemi ilə gündəmdədir.
KONKRET.az xəbər verir ki, tanınmış sənətçi əqrəb sancdıqdan sonra müalicə üçün xəstəxanaya yerləşdirilib.
Duru, hadisədən sonra dərhal xəstəxanaya aparılıb. Müge Dağıstanlının sözlərinə görə, sənətçi həkimlərin nəzarəti altında müalicəsini davam etdirir, lakin onun vəziyyəti ilə bağlı hələlik ətraflı açıqlama verilməyib.
Dəniz Pənahova
KONKRET.az