Müğənni Gülşenə ağır itki üz verib.
KONKRET.az xəbər verir ki, sənətçinin atası Aslan Bayraktar vəfat edib.

İfaçı həmin vaxt Gürcüstanın Batum şəhərində olub. O kədərli xəbəri eşidən kimi Türkiyəyə gedib.
Aslan Bayraktar infarktdan vəfat edib. Onun cənazəsi bu gün Ordu”nun Yemişli məhəlləsində torpağa tapşırılacaq.(bakuws)
