Məşhur paraşütçü qəza nəticəsində vəfat etdibackend

Məşhur paraşütçü qəza nəticəsində vəfat etdi

Məşhur avstriyalı paraşütçü Feliks Baumqartner vəfat edib.

KONKRET.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, idmançı İtaliyada paraplanla qəzaya uğrayıb.

O, paraplan üzərində nəzarəti itirib və hovuza düşərək bir qadınla toqquşub. Qadın xəsarət alıb, lakin həyatı təhlükədə deyil.

Baumqartner isə yıxıldıqdan sonra huşunu itirib, daha sonra ürəyi dayanıb.

Qeyd edəki ki, Baumqartner 56 yaşında idi.

İdmançı 2012-ci ildə heliumla doldurulmuş hava şarına bağlanmış xüsusi kapsulda təxminən 39 km yüksəklikdən tullandıqdan sonra məşhurluq qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*