Türkiyəli məşhur rejissor Abdülkadir Ceylan Ede dünyasını dəyişib.
KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, 58 yaşlı rejissor dostları ilə birlikdə çimmək üçün Sapanca gölünə atılıb və boğulma təhlükəsi ilə üzləşib. Təcili olaraq xəstəxanaya çatdırılan Ceylan Edeni xilas etmək mümkün olmayıb.
Edenin cənazəsi məmləkəti Əskişəhərə göndərilib.
Qeyd edək ki, Abdülkadir Ceylan Ede “Aynalı Tahir”, “Pusat” və “Acı Həyat” kimi bir çox məşhur serialların rejissoru olub.