Məşhur rok müğənnisi VƏFAT ETDİbackend

Məşhur rok müğənnisi VƏFAT ETDİ

Braziliyalı rok müğənnisi, bəstəkar Rita Li 75 yaşında vəfat edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı sənətçinin ailəsi də təsdiqləyib.

Məlumata görə, 2021-ci ildə Li-yə ağciyər xərçəngi diaqnozu qoyulub. O, mayın 8-də Sao Paulodakı iqamətgahında dünyasını dəyişib.

Qeyd edək ki, Rita Li 1960-1970-ci illərdə Arnaldo Baptista və Serxio Dias ilə birlikdə qurduğu “Os Mutantes” qrupu ilə məşhurlaşıb. 2001-ci ildə o, “Portuqal dilində ən yaxşı rok albomu” üçün “Latın Qremmi” mükafatını alıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*