Məşhur şahmatçıya qarşı cinayət işi açıla bilərbackend

Məşhur şahmatçıya qarşı cinayət işi açıla bilər

Rusiyalı müstəntiqlər tanınmış şahmatçı Harri Kasparova qarşı xarici agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilərlər.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat verib.

Kasparova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə cinayət işi başlansa, o, iki ilə qədər həbs və ya cərimələnə bilər.

Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin mayında xarici agentlər siyahısına əlavə edib.

Qeyd edək ki, Kasparov Rusiyadan kənarda yaşayır. (Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*