Məşhur serialın ikinci mövsümü çəkilirbackend

Məşhur serialın ikinci mövsümü çəkilir

Cənubi Koreyanın məşhur “Squid Game” serialının ikinci mövsümünün ssenarisi hazırlanır.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “Netflix” şirkətinin saytına rejissor Hvan Don Huk bildirib.

Onun sözlərinə görə, ilk mövsümün əsas qəhrəmanı və rəqibi yenidən ekranlarda olacaq. Tamaşaçılar bir sıra yeni personajlarla tanış olacaqlar. Lakin dəqiq tarix açıqlanmayıb.

“The Squid Game” serialı “Netflix”in ən uğurlu filmlərindən biridir. 17 sentyabr 2021-ci ildə yayımlandıqdan sonra dörd həftə ərzində tamaşaçılar seriala 1,65 milyard saatdan çox baxıblar. Film insanların böyük pul mükafatı üçün həyatlarını riskə atdığı sağ qalma oyunundan bəhs edir. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*