90-cı illərin məşhur supermodeli Tatyana Patitz 56 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Vogue” jurnalı məlumat yayıb.
Ailənin sözçüsü bildirib ki, ölümün səbəbi metastatik döş xərçəngi olub.
Qeyd edək ki, əfsanəvi alman aktrisa və supermodel Tatyana Patitz 1980 və 1990-cı illərdə dünya podiumunun ulduzu olub.
O, Kristi Tarlinqton, Linda Yevanqelista, Sindi Krouford, Naomi Kempbell və Keyt Mossun daxil olduğu “böyük altılıq”da yer alırdı.
Karyerasının zirvəsində Patitz “Vogue” ilə fəal əməkdaşlıq edib və dəfələrlə jurnalın üz qabığına çəkilib.
İqbal Rzayev,
KONKRET.az