Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, Yıldız Tilbenin halının pisləşdiyini və getdiyi xəstəxanada reanimasiyaya yerləşdirildiyi bildirilib.
Pərəstişkarlarını narahat edən Tilbe səhhəti ilə bağlı X hesabında açıqlama verib.
“Allaha şükür yaxşıyam. Qızdırmam olandan sonra davranışım bir az dəyişdi. Allah hamıya şəfa versin. Mənə də həmçinin. Amin” – deyə müğənni açıqlamasında qeyd edib.