Məşhurların qaldığı hoteldə partlayış – Ölənlər varbackend

Məşhurların qaldığı hoteldə partlayış - Ölənlər var

Kubanın paytaxtı Havana şəhərinin mərkəzində yerləşən Saratoqa hotelində partlayış baş verib.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, yerli media hadisə nəticəsində 4 nəfərin həlak olduğunu bildirib.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilir. Hökumət hadisənin terror ola biləcəyini istisna edir.

Binanın ən azı iki mərtəbəsinin dağıldığı qeyd olunub. “Rebelde” radiosu həlak olanların sayının çox olduğunu, 20 nəfərin yaralandığını açıqlayıb.

Neoklassik üslubda olan hotel Sovet İttifaqının süqutundan sonra Britaniya şirkəti tərəfindən təmir edilib və uzun illər dövlət məmurlarını və məşhurları qonaq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*