ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən ulduz futbolçu Lionel Messinin hərəkəti tənqid olunub.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, argentinalı forvard MLS liqasının ilk turunda “Real Solt-Leyk”lə görüşdə zədə alaraq yerdə qalan rəqib oyunçu Andreu Bordinin üzərindən keçərək qol vurmaq istəyib.
>Messinin yerdə qalan oyunçuya əhəmiyyət verməməsi azarkeşləri qəzəbləndirib. Bir çox tərəfdar ulduz futbolçunu tənqid atəşinə tutub. Onlar Leonu fair-play-ə əməl etməməkdə günahlandırıb.
Qeyd edək ki, “İnter Mayami” bu görüşdə 2:0 hesablı qələbə qazanıb.