Messi bu səbəbdən millinin son məşqini buraxdıbackend

Messi bu səbəbdən millinin son məşqini buraxdı

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi dekabrın 15-də Qətərdə fransalılarla dünya çempionatının final oyununa hazırlıq məqsədilə keçirilən millinin məşqini buraxıb.

KONKRET.az xəbər verir ki, “Mundo Deportivo” məlumat yayıb

Bildirilib ki, xorvatlarla yarımfinal oyununda hücumçunun sol bud nahiyəsində problem yaranıb. Bu zədənin futbolçunun məşqə çıxmamasına səbəb olub-olmadığı hələlik məlum deyil, amma nəşrin məlumatına görə, Messi finalda iştirak edə biləcək.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının Argentina- Fransa final oyunu dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*