Messi daha bir rekorda imza atdıbackend

Messi daha bir rekorda imza atdı

PSJ-nin futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

KONKRET.az xəbər verir ki, argentinalı hücumçu bu mövsüm böyük beşlik liqalarında çıxış edən oyunçular arasında bütün turnirlərdə 20 qol və 20 məhsuldar ötürməyə çatan ilk oyunçu olub.

36 yaşlı forvard buna Fransa Liqa 1-in 36-cı turunda “Oser”lə oyunda (2:1) ikinci qolun assistini etməklə nail olub. Beləliklə, o, mövsümdə məhsuldar ötürmə sayını 20-yə çatdırıb.

Qeyd edək ki, Lionel Messi cari mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 39 oyun keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*