Messi mundiallar tarixində rekorda ortaq oldubackend

Messi mundiallar tarixində rekorda ortaq oldu

Argentinalı hücumçu Lionel Messi dünya çempionatında 25-ci oyununu keçirir.

KONKRET.az xəbər verir ki, Cənubi Amerika yığmasının kapitanı DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə oyunda start heyətində yer alıb.

35 yaşlı hücumçu Almaniya millisinin keçmiş müdafiəçisi Lotar Matteusa məxsus dünya çempionatlarındakı oyun rekordunu təkrarlayıb.

PSJ-ni təmsil edən futbolçunun şənbə və ya bazar günü üçüncü yer uğrunda və ya final matçında iştirak edərək bu nailiyyəti üstələmək imkanı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*