Messi uduzduqları oyun haqda: “Heç bir bəhanəmiz yoxdur“backend

Messi uduzduqları oyun haqda: “Heç bir bəhanəmiz yoxdur

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

KONKRET.az “Daily Express”ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu heç bir bəhanələrinin olmadığını bildirib:

“Heç bir bəhanə yoxdur. Biz həmişəkindən daha çox birləşəcəyik. Bu komanda güclüdür və bunu göstərəcəyik.

Bu, çoxdandır rastlaşmadığımız vəziyyətdir. İndi Argentina millisi əsl komanda olduğumuzu nümayiş etdirməlidir. Səhvlərimizi düzəltməli və məqsədə çatmağa çalışmalıyıq. Mən yaxşıyam, amma nəticədən məyus oldum”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*