Messi və Ronaldonun son duelində 9 qol – VİDEObackend

Messi və Ronaldonun son duelində 9 qol - VİDEO

Bu gün futbol tarixinin 2 məşhur siması – Lionel Messi və Kriştiano Ronaldo üz-üzə gəliblər.

KONKRET.az xəbər verir ki, Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşü keçirilib.

Messi PSJ-nin, Ronaldo isə “Əl-Nəsr”in futbolçusu olaraq seçmə komandanın tərkibində meydana çıxıb. Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçirilən görüş PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Messi 1, Ronaldo 2 qol vurub.

Qeyd edək ki, bu görüş üçün PSJ-nin 10 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*