Messinin cəzası ləğv edildibackend

Messinin cəzası ləğv edildi

Cənubi Amerika Futbol Konfederasiyası “Barselona” və Argentina millisinin 33 yaşlı hücumçusu Lionel Messinin cəzasını ləğv edib.

KONKRET.az bu barədə təşkilatın mətbuat xidmətinə istinadən xəbər verib.

Bu qərardan sonra ulduz futbolçu yığmanın oktyabrda keçirəcəyi matçlarda iştirak edə biləcək.

Xatırladaq ki, Kopa Amerika turnirində 3-cü yer uğrunda Argentina və Çili komandalarının görüşündə Qari Medellə Lionel Messi dalaşmışdı.

Hakim o zaman hər iki futbolçuya qırmızı vərəqə göstərmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*