Messinin paylaşımı rekord qırdı – FOTObackend

Messinin paylaşımı rekord qırdı - FOTO

Argentinalı futbolçu Lionel Messinin instagramda paylaşdığı foto 46 milyona yaxın bəyənmə alıb.

KONKRET.az xəbər verir ki, bu paylaşım instaqramda idmançılar arasında ən çox bəyənmə toplayan post olub.

“Dünya çempionları! Bunu o qədər arzulayırdım, o qədər istəyirdim ki, hələ də inana bilmirəm. Ailəmə, məni dəstəkləyən hər kəsə, eləcə də bizə inanan hər kəsə çox təşəkkür edirəm”, – Messi paylaşımında bildirib.

Qeyd edək ki, bundan öncə instaqramda ən çox bəyənmə alan futbolçu Kriştiano Ronaldo idi.

Xatırladaq ki, Argentina Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı məğlub edib. Messi finalda iki qol vuraraq turnirin ən yaxşı oyunçusu seçilib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Leo Messi (@leomessi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*