Messiyə 200 milyon dollara 4 illik müqavilə TƏKLİF EDİLDİbackend

Messiyə 200 milyon dollara 4 illik müqavilə TƏKLİF EDİLDİ

ABŞ-ın “İnter Mayami” futbol klubu “PSJ”nin argentinalı hücumçusu Lionel Messiyə ümumilikdə 200 milyon dollarlıq 4 illik müqavilə təklif edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika klubu Messi ilə birlikdə “Barselona”da çıxış edən yarımmüdafiəçi Serxio Busketslə də müqavilə imzalamağı düşünür.

Qeyd olunub ki, “İnter Mayami” maliyyə problemlərindən qaçmaq üçün Messini transfer etdikdən sonra 6 və ya 18 ay müddətinə İspaniya klubuna icarəyə verməyi planlaşdırır.

PSJ-nin baş məşqçisi Kristof Qaltye bildirib ki, Messi PSJ-də son matçını iyunun 3-də keçirəcək. Daha sonra klubun mətbuat xidməti məşqçinin dediklərini təkzib edib.

Məlumata görə, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Messiyə 1,2 milyard avro dəyərində iki illik müqavilə təklif edib.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında pulsuz transferlə Fransa klubuna keçib. Komandanın tərkibində müxtəlif turnirlərdə 74 oyun keçirib, 32 qol vurub, 35 məhsuldar ötürmə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*