Mesut İstanbulu Napoleonun fikirlərilə mədh etdi – FOTObackend

Mesut İstanbulu Napoleonun fikirlərilə mədh etdi - FOTO

Mesut Özil “Fənərbağça” ilə müqavilə imzaladıqdan sonra öz “Instaqram” hesabında paylaşım edib.

KONKRET.az xəbər verir ki, futbolçu uzun illər arzusunda olduğu klubun formasını geyinə bildiyinə görə çox xoşbəxt olduğunu bildirib.

“Uşaqlığımın komandası olan  “Fənərbağça”da, Napaleon Bonapartın “dünya bir ölkə olsaydı onun paytaxtı İstanbul olardı” dediyi şəhərdə həyatımın yeni bir səhifəsini açmağın zamanı yetişdi”.

M.Özil ona Londonda təyyarəyə mindiyi andan etibarən dəstək verən “Fənərbağça” azarkeşlərinə də xüsusi minnətdarlığını bildirib:

“Söz verirəm ki, bu dəstək və inama görə sizi mükafatlandırmaq üçün müqaviləmin son gününə qədər mübarizə aparacağam. Ümid edirəm ki, birlikdə çox xoşbəxt günlər keçirəcəyik” .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*