Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs TUTULDUbackend

Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs TUTULDU

Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə metro stansiyalarında 2 sərnişinin mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Qarayusifli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*