Metronun bu stansiyasının keçidində təmirə başlanıldıbackend

Metronun bu stansiyasının keçidində təmirə başlanıldı

Bakı metrosunda Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

O bildirib ki, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq, eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq:

“Hərəkətin təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq.

Yerüstü sahədə – keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*