Ermənistan Atom Elektrik Stansiyası ikinci enerji blokunun ömrünün uzadılması üzrə işlərin görülməsi üçün “Rosatom”la müqavilə bağlayacaq.
KONKRET.az xəbər verir ki, qərar layihəsi Ermənistan hökumətinin dekabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Layihədə Ermənistan AES-ə müvafiq işlərin görülməsi üçün “Rosatom”la müqavilə bağlamağa icazə verilməsi təklif edilir. Qərar layihəsində o da qeyd olunub ki, müqavilənin qiyməti 65 milyon dollardan çox ola bilməz.
Vəli Həsənov,
KONKRET.az