“Məxfi saxlanılırdım” – Heydər Əliyevin telefonçusubackend

“Məxfi saxlanılırdım” - Heydər Əliyevin telefonçusu

“Bir gün müdirimiz çağırdı ki, səni Mərkəzi Komitəyə keçirdirəm. Dedi ki, Mərkəzi Komitənin birinci katibinin telefonçusu olacaqsan. Məni bir əsmə, qorxu tutdu. Dedim ki, mənə orada işləmək çətin olacaq. Nə qədər etiraz etsəm də, alınmadı. Əvvəl rayonlarda iclaslar olanda Heydər Əliyev orada iştirak edirdi. Mən iki gün əvvəl gedib hazırlıq işləri görürdüm. İclaslar başlayırdı, iclasdan sonra haranı istəyirdi, oranı da qoşurdum”.

KONKRET.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında ümummilli lider Heydər Əliyevin şəxsi telefonçusu olmuş Zahirə Quliyeva deyib.

Z.Quliyeva Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb:

“Məni hər il aparıb qol çəkdirirdilər ki, sən məxfi olmalısan. Deyirdilər heç yerdə deməməlisən ki, sən birinci katibin telefonçususan. Doğrudan da heç kim bilmirdi. Heydər Əliyev vəfat edəndən sonra bilindi ki, mən onun telefonçusu olmuşam. Məxfi saxlanılırdım. Heydər Əliyevlə danışmaq həyəcanlı idi. Mən həmişə Heydər Əliyevdən xoş sözlər eşitmişəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*