Tanınmış meyxanaçı Vahid Qədim (Hazırda Rusiyada yaşayır) bir neçə gün əvvəl sevgilisini bıçaqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə RTV-yə açıqlama verib. Tanınmış söz ustadı bildirib ki, bu məsələ ilə bağlı saxlanılıb və polis tərəfindən dindirilib:
“O, özünə qəsd edib. Hadisə vaxtı heç mən orada olmamışam. Başqa şəhərdə idim. Uçub gələndə məni saxladılar. Daha sonra dindirməyə başladılar”.
