“Məzun günü” keçiriləcək? – Təhsil Nazirliyindən AÇIQLAMAbackend

 “Məzun günü” keçiriləcək? - Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil Nazirliyi “Məzun günü”nün keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən KONKRET.az-a bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

“Bununla bağlı bildiririk ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələbləri gözlənilməklə “Məzun günü” təşkil edilə bilər”, – açıqlamada deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*