Məzunlara “son zəng”lə bağlı xəbər var – RƏSMİbackend

Məzunlara “son zəng”lə bağlı xəbər var - RƏSMİ

“Bu il məktəblərdə “Son zəng” keçiriləcək”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Nazir bildirib ki, “Son zəng” tədbirlərinin şərtləri yaxın günlərdə elan ediləcək.

“Açıq havada keçiriləcək. Müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən artıq məzunu olan məktəblərdə bir neçə hissədən ibarət “Son zəng” tədbirlərini keçirməyi planlaşdırırıq.

Karantin qaydalarına əməl etmək müəllim və şagirdlərdən tələb olunacaq”, – deyə E.Əmrullayev əlavə edib./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*