Mi-8-in ekipaj üzvünün meyiti Oneqa gölündən tapıldıbackend

Mi-8-in ekipaj üzvünün meyiti Oneqa gölündən tapıldı

Rusiya Fövqəladə Hallar Nazirliyinin qəzaya uğrayan Mi-8 helikopterinin ekipaj üzvünün cəsədi Kareliyada Oneqa gölündən çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kareliya Respublikasının Əhalinin Təhlükəsizliyi və Təhlükəsizliyinin Təminatı üzrə Dövlət Komitəsi sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, dalğıclar cəsədi yerli saatla 21:16-da səthə çıxarıblar, o, helikopterin içərisində tapılıb. Digər iki ekipaj üzvünün cəsədi hələ də tapılmayıb.

Qeyd edək ki, ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Mi-8” helikopteri ölkənin subyektlərindən biri olan Kareliya Respublikasında qəzaya uğrayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*