İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bununla bağlı M.Cabbarov rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik:
- İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması;
- İşgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi;
- Ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqi”.