Mikoyanın tortlu şalvarı – Stalinin saray təlxəyi Azərbaycana qan uddururdubackend

Mikoyanın tortlu şalvarı - Stalinin saray təlxəyi Azərbaycana qan uddururdu

Qovrula-qovrula qalırsan ki, Leninin “R” səsini “I” kimi tələffüz etməsinə az qala hər dilçilik məqalələrində gözümüzə soxmağa macal tapan maymaq kommunist dilçi alimlərimiz, nəsil-nəsil tifil öyrəncilərimizi və gənc oxuyanlarımızı, lap elə mütaliəsevər əhalimizi öz “Əsli Kərəm”, “Bahadır və Sona”, “1905-ci ildə”, “Şərqin səhəri”, “Üç dost”, “Səhər” təki roman, pyes və dastanlarıyla, bəstəkarlar opera və mahnı musiqiləriylə yalançı beynəlmiləlçiliyə, qondarma sovet xalqlarının dostluğu şəbədəsinə səsləyən korafəhim ədiblərimiz hekayələriylə qazana-qazana, əzəli-əbədi düşmənlərimiz haykların bizi əl altdan özgə yöndə pusquladıqlarını duymağa-duydurmağa vaxt aramamışlar.

“Su girdi qaba, oldu içməli”, – deyə-deyə hindli, qaraçı nairiləri yerli sakinlər kimi tanıtdırmış, bir də gözümüzü açmışıq ki, “qız yaşına-yaşına, çıxdı ocaq başına”. Sayın oxucumuz, yüz kərə üzr istəyirik ki, giriş məqamımız uzun göründü, çünki belə başlanğıcsız Kreml olayların dərk etmək çətinləşərdi.

İ.V.Stalinin baş tərcüməçisi V.A.Borenko yazır: “1950-ci ildə ÇXR-in sədri Mao Tze Dun rəhbərin Moskva altındakı Kuntsevo bağına gəldi. Sentyabr ayının 12-si yağışlı bir gündü. İkinci taxta mərtəbədə axşam ziyafətindəydik. Oturub yerbəyer olma təzəcə bitmişdi ki, Anastas İvanoviç nə üçünsə qalxaraq, pəncərəyə yaxınlaşarkən, Mao birdən qəhqəhə çəkib uğunmağa başladı. Mikoyanın gündəyməzində, şalvar üstə ağ sıyıq parçası sallanmışdı. O, otağa keçib şalvarını dəyişdirənəcən gərgin vəziyyəti ev sahibi özü qaydasına qoydu, lülə kababın məziyyətindən, onun hazırlanması qaydalarından şirin-şirin danışmaqla ovqatları başqa yönümə gətirdi.

Məsələ belə baş vermişdi, dünən Siyasi Büro üsvlərinin şam yeməyində şampan içmə mərasimində rəhbərin işarəsilə Beriya qonşuluqda əyləşmiş xarici ticarət nazirinin altına tort qoymuşdu. Gülüşlər bitəndən sonra başqa səndəli gətirilmiş, Mikoyan heç bir şey olmamış kimi yeməyinə iqdam vermişdi. DTK-nın iki mayor qulluqçusu otağı hazırlayarkən, səhlənkarlıq üzündən həmin səndəli gətiriblərmiş. Çox heyflər olsun ki, hər ikisi ertəsi günü Lefortovaya göndərildi.

O ki, qaldı tort əhvalatına, bunu onun başına hər məclisdə gətirirdilər. Bəzən yumurta, bəzən xama, bəzən qatıq, bəzən də bal kara gəlirdi. Axı, o, Kreml təlxəyi idi…” (“İzvestiya” qəzeti, 283-cü say, 16 noyabr 1989). G.K.Jukovun 68-ci sənədə buraxılmış “Xatirələr və düşüncələr” kitabında daşnak təlxək haqqında parça vardır ki, (səh.301) orda da gerçək rəhbər öçəşmələri əksini tapmışdır. Müəllifin iştirak etdiyi 7 noyabr məclisində Stalinin işarəsiylə Anastas İvanoviç ayağa qalxaraq, öz fit səslərinin müşayiətiylə oturub durmaqla rus xalq rəqsini və rəhbərin çox sevdiyi “Pəncərədən daş gəlir” havasını oynadı. Sərkərdənin bildiyinə görə, belə bağ şənlik yığıncaqlarında ancaq Mikoyan oynadılar və oxudulardı.

Stalin ona sataşmaqdan, ahıl adamı məsxərəyə qoymaqdan və şalvarını bulatdırmaqdan sonsuz zövq alardı. Kremlin sahibi daşnakın səndəli üstünə tort atma kimi qara işləri məhz Beriyaya tapşırırdı. Zəhimli çekistin xofu elə güclyüdü ki, Mikoyan ondan it qulaqkəsəndən qorxan kimi qorxurdu. Əks təqdirdə o, milyonları çox da uzaq olmayan yerlərə göndərən bolşevik cəlladın torqurmasından xilas yolu tapmayacaqdı. Mikoyan taleyi ilə barışaraq, belə təhqirlərə və şit zarafatlara elə alışmışdı ki, üzdə özünü heç vaxt incik göstərmir, hər bu cür şıltaqlıqlara ya qımışmaqla, ya da xırda dodaqaltı gülüşlərlə cavab verirdi. Bir dəfə V.M.Molotov onun mənzilində olarkən, zəng vurulur və gensəsdən Stalinin səsi eşidilir. Rəhbər hər ikisini 46-cı ilin may ayının 2-də ilk dəfə havaya qalxmış “MİQ-3” reaktiv qırıcı təyyarəsinin uğurlu uçuşu münasibəti ilə Kuntsevoya şam ziyafətinə çağırırdı. Adətən belə məclislərdə dünya proletariatının öndəri Kaxetiya çaxırı və şampanın gülünü vurur, yetərincə həddini aşırdı. Qonaq təlxəyə məsləhət görür ki, qoltuğunda bir şalvar da büküb aparsın. Gülə-gülə deyilmiş bu zarafat həqiqətən də, o gecə lap yerinə düşdü, çünki bağ sahibi bərk sərxoşdu və vur-çatlasın məclisində heç kəs onun daxili işlər nazirinə göz vurmasını sezməmişdi.

Təlxək əyilib piyaləsini konyakla doldurmaq istəyəndə artıq bütöv “Qələbə” tortu səndəlinin oturacağına ötürülmüşdü. Belə hallarda görənlər, təbii ki, susurdular. Zira kim istər ki, başını cəncələ salsın. Masa arxasındakıların taqqıltısı altında Mikoyan yan otaqda şalvarını dəyişməli olmuşdu. Sözügedən məclisdə səbəbkar təyyarənin baş qurucusu Artyom İvanoviç Mikoyanın da iştirakını nəzərinizə çatdırsaq, deməli, belə təhqirlərin hətta, təlxəyin əzizləri önündə də törədildiyini görmüşlər. Belə məzhəkələrə alışmışdılar. Ailədə qaraçı mühiti, əcdadlarının qanla gələn şakərləri onun hərəkət tərzini şərtləndirirdi. Su axar, nohurun tapar deyiblər.

Lakin Moskvada bağlı qapılar arxasında söz-söhbət Qafqazdakı milli ilişkilərdən gedəndə, Kuntsevoya biri əynində, biri qoltuğunda iki şalvarlı gələn məsxərə və gülüş hədəfinə çevrilmiş daşnak Mikoyan dönüb, dilli-dilavər vücud görkəmi alırdı. Əqli kəsəndən azərtürklərə heyvanı nifrət bəsləyir, “Böyük Ermənistan” xülyasıyla yaşayır, kölgəmizi qamçılayırdı.

Torpağımızdan Ermənistan Respublikası yaradılması, Zəngəzurun oraya qatılması (N.Nərimanovun 1920-ci il, 7 dekabr fərmanı), ürəyimizin başında yamanşiş kimi gəzdirdiyimiz DQMV mərkəzi, xalqımızın adından və dilinin “türk”dən “azərbaycanlıya” çevrilməsi, kiril əlifbasına keçilməsi, azərtürklərin quzey batı Azərbaycandan dərd axınla uzaq ellərə kütləvi sürgünlərə göndərilməsi məhz bu daşnak gədəsinin təxribatçı fəaliyyəti və pıçıltılarıyla gerçəkləşmişdi. Stalin çox da onu dolayırdı, özü türk soyumuza qatı düşmən kəsildiyindən, hər ikisinin fəsad törətmə xasiyyətləri tam üst-üstə düşürdü, çünki əks-azərtürklük və əks-türklük əslində eyni amallar olduğundan, əlbir işləyirdilər. Gənclərimiz duyuq düşməlidirlər ki, hayk düşmənimizin törətdiyini və törədəcəyini öyrənmədən, bizə müttəfiq rus-hayk təcavüzünün gedişlərini öncədən görmək (proqnoz) çətinləşəcəkdir. Əgər biz hayları torpaqlarımızdan çıxarsaq, qaçan yağıların şalvarlarına baxanda, gündəyməzlərində zibil parçası görsək, bax, yalnız o zaman Mikoyanın tortlu şalvarını xatırlayacağıq.

OQTAY ELDƏGƏZ

“ƏDALƏT” qəzeti, 7 fevral 1998-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*