“Milan” – “Yuventus” oyununda qalib müəyyənləşmədibackend

"Milan" - "Yuventus" oyununda qalib müəyyənləşmədi

İtaliya A Seriyasında XXIII turun son oyunu “Milan” və “Yuventus” komandaları arasında keçirilib.

KONKRET.az-ın məlumatına görə, “Cuzeppe Meatsa” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

28-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviç axsadığı üçün meydanı tərk edib. 41 yaşlı isveçli forvardı fransalı Olivye Jiru əvəzləyib.

Bu nəticədən sonra “Milan” “Napoli” ilə birgə hərəyə 49 xalla 2-3-cü yerləri bölüşür. “Yuventus” isə 42 xalla 5-cidir. Turnir cədvəlinə ehtiyatda bir oyunu olan “İnter” 53 xalla başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*