Milanda 35 yaşlı Azərbaycan vətəndaşı 21 yaşlı cibgir qız tərəfindən qarət edilib. Kişinin 14 min avro pulu oğurlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə metronun Centrale stansiyasında baş verib. Həmyerlimiz cinayətkarı hüquq-mühafizə orqanlarına təhvil verə bilib.
Polis 21 yaşlı qızın Rumıniya vətəndaşı olduğunu müəyyən edib. Onun əvvəllər də cibgirliklə məşğul olduğu üzə çıxıb.
Ariz Həsənoğlu,
KONKRET.az