Millət vəkili: “Bu sahədəki maxinasiyaların həddi-hüdudu yoxdur”backend

Millət vəkili: "Bu sahədəki maxinasiyaların həddi-hüdudu yoxdur"

“Təhsil sistemində diqqətdən kənarda qalan pillələrdən biri peşə təhsilidir. Və burdakı maxinasiyaların həddi-hüdudu yoxdur”.

KONKRET.az xəbər verir ki, bununla bağlı millət vəkili Etinar Əliyev açıqlama ilə çıxış edib.

O təklif edib ki, Peşə Təhsili Dövlət Agentliyinin maliyyə-təsərrüfat fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılması ictimai-sosial-siyasi zərurətdir.

Deputat təkliflərini belə qruplaşdırıb:

– Dövlətin bu sahənin saxlanılması və inkişafına ayırdığı on milyonlarla manat vəsaitin sərfiyyat istiqamətləri dəqiqləşdirilsin

– Mal-materialın faktiki mövcudluğu ilə bağlı inventarizasiya aparılsın

– Torpaq sahələri və əmlakın sənədlərə uyğun varlığı yoxlanılsın

– Yanacaq və sürtgü yağlarının, təmir və təcrübə materiallarının müəssisələrə faktiki verilmə vəziyyəti araşdırılsın

– Peşə təhsili müəssisələri şagirdlərinə dövlət tərəfindən ayrılan təqaüdlərin verilməsində şəffaflıq müəyyənləşdirilsin

– Peşə təhsili müəssisələrində istehsal olunan məhsulların satışından əldə olunmuş vəsaitlərin sonrakı taleyi müəyyənləşdirilsin

– Əkilən torpaqların istifadəsinim qanunvericiliyə uyğunluğuna aydınlıq gətirilsin

Bununla belə:

– kadrların təyinat meyarları üzrə ixtisas uyğunluğu yoxlanılmalıdır.

– bir şəxsin bir neçə müəssisəyə rəhbərlik etməsinin qaranlıq məqsədlərinə aydınlıq gətirilsin.

– Son aylarda həbs olunmuş peşə təhsili müəssisələrinin rəhbərləri ilə ortaq məsuliyyət daşıyan, lakin məsuliyyətdən kənarda qalan şəxslərin dairəsi müəyyənləşdirilsin”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*