Millət vəkilindən qaz limiti ilə bağlı TƏKLİFbackend

Millət vəkilindən qaz limiti ilə bağlı TƏKLİF

Deputat Azər Badamov Milli Məclisin iclasında dağlıq sahələrdə yaşayan əhali üçün qaz limiti tətbiq edilməsi məsələsini qaldırıb.

KONKRET.az xəbər verir ki, millət vəkili dağlıq rayonlarda ilin 7 ayı hava soyuq və şaxtalı keçdiyini bildirib:

“Burada evlərin isidilməsi daha uzun müddət tələb edir. Hava soyuq olduğundan daha çox yanacaq yandırılır. Onlar ilin yarısını bu çətinliklə yaşayır.Ancaq güzəştli qaz limiti bu dağlıq kəndlərə şamil edilmir. Qaz olduğu halda digər alternativ yol axtarırlar. “Azəriqaz”ın məlumatına görə, ölkə əhalisinin 15 faizi qaz limitini aşır. Dağlıq sahədə yaşayanlar da 10 faiz təşkil edir. Bu təbəqədən olan insanlara limit tətbiq edilməməsini Tarif Şurasından xahiş edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*