Milli Məclisdə 89 yaşlı deputat: Hamı ondan danışacaq – FOTObackend

Milli Məclisdə 89 yaşlı deputat: Hamı ondan danışacaq - FOTO

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Namizədliyi qeydə alınmış şəxslər 2 gün sonra təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. 21 gün sonra isə, seçicilərə düşünmək üçün 24 saat vaxt veriləcək və bununla da ölkənin həyatında daha bir mühüm kampaniya geridə qalmış olacaq.

KONKRET.az xəbər verir ki, seçkinin birinci mərhələsi maraqlı nüanslarla yadda qalıb. Hakim Yeni Azərbaycan Partiyasının 125 seçki dairəsi üzrə irəli sürdüyü namizədlərin hər biri müvafiq DSK-lar tərəfindən qeydə alınıb. Bununla paralel olaraq, Müsavat, ReAl, KXCP, ADP, Ümid kimi aparıcı müxalifət partiyalarının da üst-üstə 100-dən artıq namizədliyi qeydiyyata alınıb.

Məlum olduğu kimi, bu dəfəki parlament seçkilərində də, hakimiyyət və müxalifət təmsilçiləri ilə yanaşı, bitərəflər də deputat mandatı uğrunda mübarizə aparır. Onların arasında kifayət qədər tanınmış ictimai-siyasi xadimlər, sabiq millət vəkilləri də var.

Həmin şəxslərdən biri – akademik Ziyad Səmədzadə növbəti dəfə namizədliyini irəli sürüb. 84 yaşlı Ziyad Səmədzadənin yenidən seçki mübarizəsinə qoşulması müzakirəsiz ötüşməyib.

Qeyd edək ki, Ziyad Səmədzadə üçüncü, dördüncü, beşinci və altıncı çağırışda Milli Məclisin deputatı olub. O, parlamentin İqtisadi-siyasət, Sənayə və sahibkarlıq komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvüdür.

Ziyad Səmədzadə 2020-ci ildə keçirilən parlament seçkilərində olduğu kimi, bu dəfə də namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.

Ziyad Səmədzadə sentyabrın 1-də deputat seçiləcəyi və 5 illik müddəti sağ-salamat başa vuracağı təqdirdə, Milli Məclisin tarixində ən yaşlı deputat kimi qalacaq. Həmin vaxt akademikin 89 yaşı olacaq. (yenisabah)

  • Sherafet
    Avqust 7, 2024 - 18:20

    Allah gözünüzü torpaqla doyuzdursun.

    • Kənan
      Avqust 7, 2024 - 18:27

      Amin

  • Haller
    Avqust 7, 2024 - 20:37

    Nece illerdir “secildiniz”…ailenize deyil, xalq ucun ne etdiniz?!…ozunuze bir hesabat verdinizmi hec?!…hele yene de davam etdirmek isteyirsiz!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*