Milli Məclisdə Fransa ilə bağlı TƏKLİF – “Kənarlaşdırılsın!”backend

Milli Məclisdə Fransa ilə bağlı TƏKLİF - "Kənarlaşdırılsın!"

“Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur”.

KONKRET.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, 44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır:

“Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Tural Gəncəliyev Fransa senatında erməni separatçıların qəbul edilməsini kəskin qınayıb.

“Son vaxtlar Fransanın xarici siyasətində ciddi səhvlər formalaşır. 4 min km ölkənin əsassız iddialarıni qəbul etmirik. Bu cür hərəkətlər Fransa Azərbaycan münasibətlərinə fayda gətirməyəcək. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələrdə ehtiyatlı olmalıdır. Əks halda bu xeyir gətirməyəcək”./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*