Milli Məclisə sədrlik edənlərin siyahısı – Kim, neçə il?backend

Milli Məclisə sədrlik edənlərin siyahısı - Kim, neçə il?

Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclisin ilk iclası keçirilib. Artıq parlamentə kimin sədrlik edəcəyi də məlum olub. Belə ki, növbəti beş il üçün Milli Məclisə Sahibə Qafarova rəhbərlik edəcək.

KONKRET.az xəbər verir ki, indiyə qədər Azərbaycan parlamentinə 8 nəfər sədrlik edib. Onların siyahısını təqdim edirik:

Belə ki, Azərbaycan Respublikası Ali Sovetinə ilk rəhbərliyi Elmira Qafarova edib (5 fevral 1991 – 5 mart 1992).

Martın 5-də Elmira Qafarovanı Yaqub Məmmədov əvəzləyib və o, cəmi 2 ay sözügedən posta rəhbərlik edib.

İsa Qəmbər də spiker vəzifəsini tutanlar siyahısındadır. (18 may 1992 – 13 iyun 1993).

Mərhum prezident Heydər Əliyev isə 4 ay Milli Məclisdə (15 iyun 1993 – 5 noyabr 1993) spiker olub.

Rəsul Quliyev isə 2 dəfə müvafiq posta seçilən ilk deputat olub. O, 5 noyabr 1993 – 12 noyabr 1995 və 12 noyabr 1995 – 11 sentyabr 1996-cı illər aralığında sözügedən postu tutanlar arasındadır.

16 oktyabr 1996-ci ildə spiker olan Murtuz Ələsgərov isə 9 il müddətində sədrlik kürsüsündə əyləşib.

2005-ci ilin 2 dekabrında səsvermə ilə parlamentə sədr seçilən Oktay Əsədov isə nə az, nə çox, düz 15 il öz postunu başqasına təhvil verməyib.

2020-ci ilin parlament seçkilərindən sonra Sahibə Qafarova Oktay Əsədovu əvəzləyib.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*