121 saylı Laçın seçki dairəsindən YAP-ın namizədi olan Rövşən Muradov kimdir?
KONKRET.az xəbər verir ki, Muradov Rövşən Şahbaz oğlu 10 may 1970-ci ildə Bakı şəhərində anadan olub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Əməyin iqtisadiyyatı və sosiologiyası ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) İqtisadiyyat İnstitutunun əyani aspiranturasına qəbul olub və 1996-cı ildə oranı müvəffəqiyyətlə bitirib.
1993-cü ilin avqustunda gənc mütəxəssis olaraq İqtisad Universitetinin Sosioloji elmi tədqiqatlar laboratoriyasına kiçik elmi işçi kimi işə qəbul edilib.
1994-cü il sentyabrın 28-də köçürmə yolu ilə Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisinin) İqtisadi siyasət daimi komissiyasına (indiki Komitəsinə) ekspert vəzifəsinə təyin edilib. Həmin ildən Ali Sovetin Katibliyində, Milli Məclisin Aparatında müxtəlif məsul vəzifələrdə: məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini-sektor müdiri vəzifələrində çalışıb.
Hazırda Azərbaycan Respublikasının Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 iyun tarixli 2978 nömrəli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin “İnzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında” 2015-ci il 17 iyun tarixli 1275 nömrəli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
2 yanvar 2004-cü ildən AMEA-nın İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı” şöbəsində əvvəlcə 0,5 ştat əvəzçiliklə aparıcı elmi işçi,1 noyabr 2013-cü ildən 1 mart 2016-cı il tarixinədək isə baş elmi işçi vəzifəsində işləyib.
UNEC-in “Menecment” kafedrasının 0,5 ştat əvəzçiliklə professorudur.
4 monoqrafiya, 70-dək elmi-metodiki əsərin müəllifidir.
Natiq Səlim,
KONKRET.az
Sizi Salamlayıram Mən Mirməmmədov Bəxtiyar Qədir oğlu mən özüm məcburi köçkün ailəsi yem Laçın rayon şeylanli kəndindənəm hal hazırda yaşadığım ünvan Ağcabədi rayon Aran kəndi Ailədə 5 nəfərik yoldaşım 3 az yaşli övladım var övladım in biri anadan gəlmə xasdədi epilyasiya xəstəsidir Özüm Ağcabədi rayon Pedaqoji kollec in ixsasi Meşə və meşə park təsərrüfat ini oxumuşam işsizəm mən özüm dəfələrlə Ağcabədi rayon meşə idarəsinə getsəm də meşə idarəsinin müduru Qismət məllim mənə rədd cavabı verib mənə deyir ki əlin hara çatır ged ora mən özüm dəfələrlə Ağcabədi rayon məşğulluq idarəsinə getsəmdə məşğulluq idarəsinin müduru mənə rədd cavabı verib mənə deyir ki əlin hara çatır ged ora İşlə təmin olmağıma kömək edin sizdən artıq dərəcədə xahiş edirəm Atamda 2 ci qurup əlildi sizdən artıq dərəcədə xahiş edirəm mənə komek edin. Tel 0517764898