Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xalqımıza başsağlığı verib.
KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter“ hesabında paylaşım edilib.
“104 il əvvəl erməni quldur dəstələri tərəfindən soyqırıma məruz qalan Azərbaycan türkü qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqının dərdini paylaşırıq”, – paylaşımda bildirilib.