Milli Qəhrəmana ağır itki üz verdibackend

Milli Qəhrəmana ağır itki üz verdi

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevə ağır itki üz verib.

KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Qəhrəmanın yaxınları bildiriblər.

Cəbrayıl rayonunun Niyazqulular kənd sakini olan Milli Qəhrəman anası Çiçək Hüseynxan qızı Surxayeva dünyasını dəyişib.

Vahid Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1974-76-cı illərdə Sovet Ordusunda xidmət edib. 1976-81-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə təhsil alıb. Əvvəlcə müəllim işləyib, daha sonra hərbi zavodda çalışıb.
Vahid Quliyev 1992-ci ilin avqust ayında könüllü olaraq zabit kimi döyüş xəttinə yollanıb. O, Ağdam istiqamətindən döyüşə girib. Daha sonra onu Qubadlı cəbhəsinə göndəriblər. Döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb.
V.Quliyev döyüşlərə başlayandan atəşkəs elan olunana (1994) kimi təkbaşına ermənilərin 10 tankını məhv edib.

Prezidentin 9 oktyabr 1994-cü il 218 saylı fərmanı ilə göstərdiyi şücaətlərə görə, Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyib.

Polkovnik-leytenant Vahid Quliyev hazırda təqaüddədir. O, hazırda həyatda olan 15 Milli Qəhrəmandan biridir.

  • Aygün
    Dekabr 13, 2023 - 08:18

    Hansı yaşda olursan il, ANANI itirdinsə, demək yetimsən. Allah rəhmət eləsin. Allah səbr versin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*