“Milli təhlükəsizliyimizə qarşı çıxan hər kəsə cavab verəcəyik” – XİNbackend

“Milli təhlükəsizliyimizə qarşı çıxan hər kəsə cavab verəcəyik” - XİN

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra keçirdiyi mətbuat konfransında İsraili hədələyib.

KONKRET.az-ın məlumatına görə, Kənani bildirib ki, İran dəfələrlə beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib ki, sionistlərin Qəzzaya qarşı hücumları bölgədə qeyri-sabitliyi pozur və müharibə təhlükəsinin əhatə dairəsini genişləndirə bilər.

“Bu o demək deyil ki, İran müharibədən qorxur. Biz müharibənin tərəfdarı deyilik, əksinə bölgədə sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə çalışırıq. İran öz milli təhlükəsizliyini və milli maraqlarını hədəfə alan heç bir addıma səssiz qalmayacaq. Biz şüar vermirik, hərəkətə keçirik. Biz təcavüzkarın əlini-ayağını kəsəcəyik”, – deyə, XİN sözçüsü əlavə edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*