Millimiz İtaliyaya qarşı – ƏTRAFLIbackend

Millimiz İtaliyaya qarşı - ƏTRAFLI

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, komandamız qrupdakı ikinci görüşündə İtaliya ilə qarşılaşacaq.

Matc Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yığmamız ilk matçında Belçikaya 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə isə İtaliya Fransaya 1:3 uduzub.

Qeyd edək ki, millimiz sabah Fransa ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*