Millimizin Fransa ilə oyunu bu hakimlərə tapşırıldıbackend

Millimizin Fransa ilə oyunu bu hakimlərə tapşırıldı

Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

KONKRET.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətdə Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Higraff yerinə yetirəcək. VAR-da Tom Harald Hagen, AVAR-da Siqurd Krinqstad olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*