Milonov Azərbaycana qarşı yenə “ZƏHƏRİNİ TÖKDÜ”backend

Milonov Azərbaycana qarşı yenə "ZƏHƏRİNİ TÖKDÜ"

Milonov Azərbaycana qarşı yenə “zəhərini töküb”.

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov teleqram kanalında ağzına gələni yazıb. O, Rusiyanı Azərbaycanı qarşı qızışdırmağa çalışır. Lakin böyük siyasətçilər bu cür cılız varlıqların çərənlədiklərini ciddiyə almazlar.

Milonov yazıb ki, bu çətin anlarda mənim düşüncələrim və qayğılarım Ermənistan xalqı ilə bağlıdır.

“Düşmən israrla Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Ukraynada suları bulandıran düşmən israrla Rusiyanın yaxınlığında başqa yerdə, o cümlədən Cənubi Qafqazda ikinci cəbhə açmağa çalışır.

Müttəfiq Ermənistanımıza qarşı “təcavüz” dərhal dayandırılmalı, hərbi əməliyyatlar zamanı “qanunsuz zəbt olunmuş” ərazilər azad edilməlidir.

Və tərəflər Rusiyanın birbaşa iştirakı ilə sərhədlərin demarkasiyası və delimitasiyasına davam etsinlər.

Qardaş Rusiya ilə Ermənistan arasında girməyə çalışanlara hər kəsə deyim ki, bu, alınmayacaq”, – deyə deputat sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*