Vladimir Putin Ulan-Batora səfəri zamanı Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxa ölkənin paytaxtında istilik və elektrik stansiyasının yenidən qurulmasına kömək edəcəyini və Uvs vilayətində kömür elektrik stansiyasının tikintisinə sərmayə qoyacağını vəd edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.
Bu bəyanatlar 2024-cü ilin əvvəlində 1,5 milyon insanı işıqsız və istiliksiz qoyan Rusiyada səslənib.
Ölkə demək olar ki, böyük enerji böhranı ilə üz-üzə qalıb.
Günel Mikayılova,
KONKRET.az