Milyonlarla istifadəçisi var, amma… – Spotify qapanır?backend

Milyonlarla istifadəçisi var, amma... – Spotify qapanır?

Musiqi yayım platforması Spotify Türkiyədəki fəaliyyətini dayandırma ehtimalını gündəmə gətirib. 

KONKRET.az Yenisabah.az-a istinadla xəbər verir ki, şirkət Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan yeni “Sosial media yayımcılığı” qanun layihəsinin təsdiqlənəcəyi təqdirdə, Türkiyədən çəkilə biləcəyini bildirib.

Sözügedən qanun layihəsində rəqəmsal musiqi platformaları üçün lisenziya məcburiyyəti nəzərdə tutulur. Yeni tənzimləməyə görə, Spotify kimi platformalar Türkiyədə fəaliyyət göstərmək üçün Rəqəmsal Yayım Lisenziyası almalı olacaqlar.

İddialara görə, Spotify rəhbərliyi bu tələbin şirkətin fəaliyyət azadlığını məhdudlaşdıracağını hesab edir. Şirkət mənbələrinin bildirdiyinə görə, bu səbəbdən Spotify hazırda “Türkiyədən çıxma ehtimalını ciddi şəkildə müzakirə edir”.

Qeyd edək ki, Spotify 2013-cü ildən bu yana Türkiyə bazarında fəaliyyət göstərir və hazırda milyonlarla istifadəçiyə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*