İraq Neft Nazirliyi Kürd Regional Rəhbərliyindəki (İKBY) yataqlardan hasil edilən xam neftin İraq Neft Marketinq Şirkətinə (SOMO) təhvil veriləcəyini və İraq-Türkiyə boru kəməri ilə Ceyhan limanı vasitəsilə ixrac ediləcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, yüklərin sabah başlaması gözlənilir və ABŞ dövlət katibi Marko Rubio İraq-Türkiyə boru kəmərinin açılışını alqışlayıb.
Bu prosesin mövcud prosedurlara, Konstitusiyaya, federal ümumi büdcə qanununun müddəalarına və Federal Məhkəmənin qərarlarına uyğun olaraq həyata keçiriləcəyi vurğulanıb.
Dəniz Pənahova
KONKRET.az