“Minalanmış sahələrin xəritələrini versələr belə, fitnəkar, hiyləgər, namərd erməniyə inanmaq olmaz”backend

"Minalanmış sahələrin xəritələrini versələr belə, fitnəkar, hiyləgər, namərd erməniyə inanmaq olmaz"

Bu gün Kəlbəcər rayonunda 3 vətəndaşımız minaya düşərək həlak olublar. DİN-in və Respublika Prokurorluğunun hadisə ilə bağlı cinayət işi qaldırılması barədə məlumatını oxudum. Belə bəyanatları əvvəllər də çoxlu oxumuşuq. Dəfələrlə baş verən belə bədbəxt hadisələrdə onlarla vətəndaşlarımız həlak olublar. Həmişə də eyni məzmunlu məlumatlar və erməni terrorizmini lənətləyən bəyənatlar verilir. Bu söz yığınları isə bizim vətəndaşlarımızın həlak olmasının qarşısını almır.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış vəkil Aslan İsmayılov sosial media hesabında yazıb.

“Bəli, biz də bilirik ki, ermənilər vəhşidirlər, terroristdirlər, fitnəkardırlar. Hər yeri minalayıblar və minalanmış sahələrin xəritələrini vermirlər. Versələr belə fitnəkar, hiyləgər, namərd erməniyə inanmaq olmaz. Başa düşmədiyim bir şey var. Həmin ərazilər ciddi nəzarətdədir və yoxlanılmamış, təhlükəsizliyi təmin edilməmiş ərazilərə heç kimi buraxmaq olmaz. Onda bu günə qədər həlak olan insanlar o ərazilərə necə keçirlər, kimlər buraxır, insanların getdiyi ərazilərə təhlükəsizlik təminatını kimlər veriblər? Bu günə qədər baş verən insan ölümlərinə görə kimlər təhlükəsizlik qaydalarını təmin etmədiklərinə, kimlər rüşvət alıb qanunsuz sahələrə insanları buraxdıqlarına görə, kimlər vəzifə səlahiyyətlərini aşdıqlarına görə, kimlər vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşdıqlarına görə cinayət məsuliyyətinə cəlb ediliblər?

Respublika Baş Prokurorluğu pafoslu bəyanatlar yox, bu suallara cavab verməli və cinayət məsuliyyətinə alınmış vəzifəli şəxslərin adlarını açıqlamalıdırlar. Yoxsa bu işlərdə də bizə keçmiş Baş Prokuror Zakir Qaralovun hər Sumqayıt hadisələrinin ildönünmündə verdiyi boş bəyanatlara bənzər bəyanatları dinləmək qalacaq. Vətəndaşlarımız isə uzun illər həlak olmaqda davam edəcəklər” – deyə A.İsmayılov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*