Minasyan: “Müsbət hal odur ki, danışıqlarda heç bir geriləmə yoxdur”backend

Minasyan: “Müsbət hal odur ki, danışıqlarda heç bir geriləmə yoxdur”

“Ermənistanla Azərbaycan arasında danışıqlar faktının özü artıq pozitivdir. Çünki bu, regionda müəyyən dərəcədə deeskalasiyaya gətirib çıxarır”.

KONKRET.az xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasından olan deputat Lilit Minasyan deyib.

“Son vaxtlar Azərbaycan erməni tərəfini güzəştə getməyə məcbur edir. Bununla belə, danışıqlar faktı sülh yolu ilə həll yollarına nail olmaq və regionda sabitliyi təmin etmək imkanı verir”, – deyə deputat Ermənistan İctimai Televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Brüssel görüşlərində müsbət hal odur ki, heç bir geriləmə yoxdur. Deputat Avropa Şurasının rəhbəri Şarl Mişelin lüğətində “Laçın dəhlizi” əvəzinə Azərbaycanın işlətdiyi “Laçın yolu” ifadəsinin yer almasını normal hesab edir. Paşinyanın tərəfdarı Ağdam vasitəsilə humanitar dəhliz ideyasını dəstəklədiyini də deyib.

Minasyan bu formulaların istifadəsini Aİ-nin balanslaşdırılmış siyasəti ilə əlaqələndirib: “Düşünürəm ki, vasitəçilik bir az balanslaşdırılmış siyasətdən ibarətdir”. Deputat eyni zamanda qeyd edib ki, Avropa rəsmisi Dağlıq Qarabağ ifadəsini işlədib və Azərbaycanda qəbuledilməz sayılan və inkar edilən blokadadan danışıb. Minasyana görə, Şarl Mişel kifayət qədər balanslı açıqlamalar verib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*