Mingəçevirdə 14 yaşlı qız özünü Kürə atdı – Telefonu əlindən alındığına görəbackend

Mingəçevirdə 14 yaşlı qız özünü Kürə atdı - Telefonu əlindən alındığına görə

Mingəçevirdə özünü Kür çayına atan qız xilas edilib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Özünə qəsd edən şəhər sakini, 2007-ci il təvəllüdlü şəhər sakini Sayadova Nuray Asif qızını qayıqçı Elgin Əlicanov xilas edərək sahilə çıxarıb.

O, xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yeniyetmənin vəziyyəti stabilləşib.

İlkin məlumata görə, qızın bu addımı atmasına səbəb valideynləri tərəfindən mobil telefonunun əlindən alınması olub.

Faktla bağlı araşdırma aparılır (apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*